Bakıda #UberIceCream ilə Madodan pulsuz dondurma 

Bakıda #UberIceCream ilə Madodan pulsuz dondurma 
1118

Bu xəbəri işdən bir qədər ayrılıb rahatlamağa dəvət olaraq düşünə bilərsən. Yoğun iş günlərində ofisdə əyləncənin az olması və boss-un bu haqda düşünməməsi sənin üçün problem yaratmasın. UBER və MADO #UberIceCream vasitəsilə uşaqlığının ən böyük əyləncələrindən biri olan dondurmanı sənə gətirir. Özüdə həftənin son iş günündə!

Bu cümə günü, 24 iyul 2015 tarixində artıq 4-cü il mütəmadi olaraq keçirilən kampaniyanı geri qaytarırıq. Lokal dadlarla əhatə olunmuş qlobal kampaniya çox sadə izah oluna bilər: Bir kliklə dünya üzrə yüzlərlə şəhərdə çox rahat şəkildə dondurma əldə edilə bilər. #UberIceCream eyni gündə dünya üzrə 250-dən artıq şəhərdə keçirilir. Qlobal dondurma bayramına Bakıda sən də qoşul!

BU NECƏ IŞLƏYIR?

  • İyulun 24-ü saat 11:00 – 17:00 arası Uber tətbiqini aç
  • Olduğun yeri qeyd et və dondurma sifarişini seç
  • Sifarişini ver və dadlı Mado dondurman cəmi 1.90AZN-ə dəqiqələr içində sənə çatdırılacaq!

YENI ISTIFADƏÇILƏRƏ PULSUZ DONDURMA

Daha bir möhtəşəm xəbər isə, yeni Uber istifadəçiləri üçün ilk dondurma sifarişinin tamamilə ödənişsiz olmasıdır. Əgər sən hələ də Uber-dən istifadə etməmisənsə, o zaman dərhal qeydiyyatdan keç, aşağıdakı instruksiyanı yerinə yetir, super-dadlı Mado dondurması və Uber-dən xüsusi hədiyyələr qapına gəlsin:

  • Uber tətbiqini iPhone, Android və Windows Phone smartfonuna endir.
  • Qeydiyyatdan keç. IceCreamBaku promo kodunu daxil et. Beləcə ilk dondurman bizdən sənə hədiyyə!
  • Dondurma sayının limitli olmasını nəzərə alaraq dərhal sifarişini ver.

DONDURMA YE + HƏDIYYƏ QAZAN!

Bu özəl gündə yalnız dondurma ilə kifayətlənmə. Təcrübəni, dondurma və Uber avtomobili ilə çəkdiyin şəkilləri #UberIceCream hashtag-i ilə Facebook, Twitter və Instagram-da paylaş və 50 AZN Uber balansı qazanma şansı əldə et. Heç kəs hədiyyəsiz qalmayacaq

Qeydlər:

  • Dondurma sayı və onu çatdıracaq avtomobillər limitli olduğundan aksiya daha çox şəhərin mərkəzinə yaxın ərazilərdə fəaliyyət göstərəcək.
  • Sifariş etmə anında heç bir avtomobilin boş olduğunu gördükdə ruhdan düşməyin. Bir daha yoxlayın, bir dəfə də cəhd edin və avtomobil azad olduğu anda sizin sifarişiniz həyata keçsin.
  • “Yeni istifadəçilərə pulsuz dondurma” kampaniyası sırf Uber-dən istifadə etməmiş şəxslər üçün nəzərdə tutulmuşdur. Öncədən Uber hesabı olan, lakin bu kampaniya üçün yeni istifadəçi yaradıb dondurma sifarişi edən şəxslərin xidmətdən istifadəsinə dərhal qadağa qoyulacaq.
  • Yeni qedyyatan keçmiş və promo kodu daxil etmiş şəxslərə yalnız 1 dondurma ödənişsizdir. Sifariş 1-dən artıq olarsa digərlərinin ödənişi şəxsin hesabından ödəniləcək.
  • İstənilən sualı support.baku@uber.com ünvanına, və ya Uber Azərbaycan Facebook səhifəsi üzərindən şəxsi mesaj olaraq yollaya bilərsiniz.

Mənbə: http://newsroom.uber.com